“Cisco”: “Rəqəmli transformasiya sürətlənib”
“Cisco” şirkəti 2021-ci ildə dünya informasiya texnologiyaları bazarının inkişafı üzrə proqnoz açıqlayıb. Proqnoza görə, pandemiyanın sahə üçün ciddi çağırışlar yaratmasına baxmayaraq rəqəmli transformasiya katalizatora çevrilib. Nəticədə artıq növbəti ildə 2024-cü il üçün proqnozlaşdırılan bir sıra göstəricilərə nail olmaq mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews www.servernews.ru” resursuna istinadən yazır ki, əksər innovasiyaların əsasını biznes proseslərinin təhlükəsizliyini və çevikliyini təmin edən “ağıllı” və miqyaslanan şəbəkə infrastrukturu təşkil edəcək. “Cisco” tərəfindən 2021-ci ildə böyük əhəmiyyətə malik olacaq altı əsas texnoloji trend sadalanıb.
Məsələn, rəqəmli qeyri-bərabərliyin aradan qaldırılması davam etdiriləcək. Buna beşinci nəsil mobil rabitə texnologiyaları (5G), eləcə də böyük buraxılış qabiliyyətinə malik “Wi-Fi 6” simsiz rabitə şəbəkələri xidmət edəcək.
İkinci trend əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin artırılmasına yönələn sensor və sistemlərin tətbiqidir. Sensorlar binalarda temperaturu, rütubəti, havanın keyfiyyətini və işıqlandırma səviyyəsini izləyəcək ki, bu da iş prosesini optimallaşdırmağa imkan verəcək.
Daha bir vacib istiqamət biznesin çevikliyinin və dayanıqlığının artırılması üçün nəzərdə tutulan proqram və “bulud” servisləri olacaq. Müşahidə üçün həllər (observability solutions) müvafiq məlumatların və analitik tövsiyələrin monitorinqinə keçməyə kömək edəcək.
Bundan başqa, bazarın inkişafında əsas rolu özəl şirkətlərə və dövlət təşkilatlarına istifadəçilərlə tam yeni səviyyədə ünsiyyət qurmağa imkan verəcək mobil əlavələr oynayacaq.
Beşinci trend biometrik təhlükəsizlik və identifikasiya vasitələrinin aktiv tətbiq edilməsidir. Bu fonda adi parollar arxa plana keçəcək.
Daha bir tendensiya resurslardan real istifadə etdikcə (pay-as-you-consume) ödəniş modellərinin sürətli inkişafı olacaq. Müştərilər proqram təminatı və servislərin onlara lazım olan funksiyalarını satın alaraq gələcəkdə onların imkanlarını tez və rahat genişləndirmək imkanına malik olacaqlar.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL