“Google” şirkəti tezliklə “Microsoft” korporasiyasından bahalı olacaq
Hazırkı bazar tendensiyaları saxlanılsa, “Google” şirkəti yaxın vaxtlarda bazar kapitallaşdırmasının həcminə görə “Microsoft” korporasiyasını ötəcək. Ən böyük proqram təminatı istehsalçısının səhmlərinin dəyəri 215 milyard dollar dəyərində qiymətləndirilir, internet-nəhəng isə cəmi 15 milyard geri qalır.
Son 5 ildə bu göstərici üzrə “Google” şirkətinin “Microsoft” korporasiyasından geri qalması əhəmiyyətli dərəcədə azalıb. 2006-cı ilin sonunda “Microsoft” 300 milyard dollar dəyərində, “Google” isə təxminən 130 milyard dollar dəyərində qiymətləndirilirdi.
Hal-hazırda “Exxon Mobil” şirkəti ən bahalı şirkətdir; onun səhmləri 383,6 milyard dollar dəyərində qiymətləndirilir. Sonrakı yeri 352 milyard dollar ilə “Apple” korporasiyası tutur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL