Bu il “Samsung” telefonlarının tədarükü 9 ildə ilk dəfə 300 milyondan az olacaq
2020-ci ildə “Samsung” mobil telefonlarının tədarük həcmi 300 milyona yaxın olacaq. Bu, son doqquz ildə ilk antirekorddur. Bu barədə Cənubi Koreyanın “ETNews” resursunun məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, hesabata görə, şirkətin üçüncü rübün sonuna ümumi tədarük həcmi 189,4 milyon qurğu olub, il ərzində isə bu göstəricinin təxminən 270 milyon təşkil edəcəyi gözlənilir. Bununla belə, “Samsung” 2021-ci ilin yekunları üzrə 307 milyon mobil telefon tədarük etmək niyyətindədir. 307 milyon qurğunun 287 milyonu smartfon, qalanı qabaqcıl telefonlar olacaq.
“Samsung” şirkətinin növbəti ildə qatlanan smartfonları aktiv inkişaf etdirəcəyi və “5G” dəstəyini bütün seriyalara, o cümlədən başlanğıc və orta səviyyəli modellərə genişləndirəcəyi gözlənilir. Bundan başqa, 2021-ci ildə “Samsung Electronics” tərəfindən 49,8 milyon qabaqcıl modelin, o cümlədən “ Galaxy S21” seriyasının və qatlanan həllərin buraxılışı planlaşdırılır. Növbəti ilin ikinci yarısında yeni bükülən “Samsung” həlli “Note” seriyasını əvəzləyə bilər. Bunun sayəsində tədarük həcminin artacağı proqnozlaşdırılır.
Məlumata görə, “Galaxy S21” seriyası rəsmən buraxıldıqdan sonra “5G” dəstəkli daha ucuz qurğuların təqdim ediləcəyi ehtimal olunur. Cənubi Koreya istehsalçısı hazırda “Galaxy A32”, “Galaxy A52” və “Galaxy A72” kimi modellərin hazırlanması ilə məşğuldur. Yüksək sinfə aid son modellərdən fərqli olaraq onlarda qulaqcıq üçün 3,5 millimetrlik çıxış saxlanılacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL