“Apple” korporasiyası ABŞ-da yaradılmış “A5” çiplərindən istifadə etməyə başlayıb
“Röyters” agentliyinin məlumatına əsasən, “Apple” korporasiyası “iPad” və “iPhone” üçün vacib komponentləri ABŞ, xüsusilə Texas ştatından almağa başlayıb. Qeyd edək ki, bundan əvvəl komponentləri Asiya istehsalçılarından alırdı.
Agentliyin məlumatına görə, “Apple” korporasiyası “iPhone 4S” və “iPad2”-də tətbiq edilən yeni “A5” prosessorlarını “Samsung Electronics” şirkətinin yeni zavodundan alır. Yeni zavod isə Texas şəhərində tikilib.
“Samsung” şirkətindən bildirilib ki, yeni zavod tam gücü ilə dekabr ayının əvvəlindən işləməyə başlayıb, onun yaradılmasına qoyulmuş investisiyalar təxminən 3,6 milyard dollar təşkil edir.
“Samsung” şirkəti Texasda yerləşən zavodunda mikroprosessorlardan əlavə, həmçinin “NAND”-yaddaşlar da istehsal edir.
Qeyd edək ki, “A5” çiplərinin əsasını ARM nüvəsi təşkil edir. Bu prosessorların gücü əvvəlki nəsil “A4” çiplərinin göstəricilərini təxminən 2 dəfə ötür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL