waplog

Ən yaxşı “Android” smartfonları bəlli olub


“Gizmochina” portalı müxtəlif kateqoriyalar üzrə ən yaxşı “Android” smartfonlarının reytinqini dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, reytinqi tərtib edənlərin fikrincə, “Huawei Mate 40 Pro ” aparatı qabaqcıl kamera baxımından ən yaxşı smartfon elan edilib. 5 kamera ilə təchiz edilmiş qurğu istənilən işıqlandırma vaxtı çox gözəl şəkillər çəkməyə imkan verir.

 

“Xiaomi Mi 10” aparatı reytinqdə ən yaxşı universal cihaz elan edilib. “Gizmochina” portalının məlumatına görə, bu model seçim meyarlarının əksəriyyətinə cavab verir.

 

Portalın versiyasına görə, 144 hers yeniləmə tezliyinə malik ekran, “Snapdragon 865” prosessoru, üçqat kamera və sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən böyük tutumlu akkumulyatorla təchiz edilmiş “Mi 10T Pro 5G” modeli qiymət və keyfiyyət baxımından ən yaxşıdır.

 

Böyük ekranlar, böyük tutumlu batareya və “Snapdragon 865 ” prosessoru ilə təchiz edilmiş “Samsung Galaxy Z Fold 2” reytinqdə ən yaxşı qatlanan smartfon elan edilib.

 

Reytinqin tərtibçiləri “LG Wing” qatlanan smartfonunu xüsusi qeyd ediblər, onların fikrincə, sözügedən cihaz unikal fırlanma mexanizminə malikdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL