waplog

Yeni “Samsung Z Flip” elastik smartfonu sadələşdiriləcək


Cənubi Koreyanın “Samsung” şirkəti elastik ekrana malik qatlanan “Z Flip” qurğusunun yeni nəslini hazırlayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti ona məxsus elastik ekranlı smartfonun daha əlçatan və istifadəçilər arasında populyar olması üçün onu ucuzlaşdırmaq niyyətindədir. Yeni nəsil versiyada ediləcək sadələşdirmələr arasında orta səviyyəli prosessor və beşinci nəsil mobil şəbəkələrində işləmək üçün dəstəyin olmaması qeyd edilir.

 

“Samsung Z Flip” qatlanan smartfonunun ilk versiyası 2020-ci ilin əvvəlində təqdim edilmişdi. Böyük ehtimalla ikinci nəsil 2021-ci ilin birinci rübündə təqdim ediləcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL