waplog

Çinin “EHang” hava taksisi Honkonqda turistlər üçün istifadəyə verilib


Çinin "EHang" şirkəti "Greenland Hong Kong" ilə birgə Çjaosin (Quandun əyaləti) şəhər dairəsində turistlərə "EH216" hava taksisində uçuş etməyə imkan verən xidmət istifadəyə verib. Bu haqda "EHang" şirkətinin saytında məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "newsru.com" saytına istinadən yazır ki, təqdimat videoçarxına əsasən, bir neçə göl də daxil olmaqla bəzi görməli yerlərə tamaşa etməyə imkan verən uçuş aşağı hündürlükdə baş verir və hava taksisinin kabinasında iki sərnişin yerləşə bilər. "EHang" gələcəkdə digər şəhərlərdə də müvafiq xidmət göstərməyi planlaşdırır.

 

Məlumatda deyilir ki, "EH216" dronu adətən hava ekskursiyalarının keçirilməsi üçün istifadə olunan adi vertolyotlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, dron daha təhlükəsizdir, daha az səs çıxarır, atmosferə yanacaq məhsulları tullamır. Bundan başqa, belə hava taksisinin istismarı ucuz başa gəlir.

 

Emil Hüseynov

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL