waplog

“Adobe Flash Player” proqramının fəaliyyəti dayandırılıb


“Adobe” şirkətinin son 15 ildə inkişaf etdirdiyi “Flash Player” multimedia platforması 31 dekabr 2020-ci ildə fəaliyyətini dayandırıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Adobe” şirkəti 2017-ci ilin yayında “Flash Player” platformasının 2020-ci ilin sonunda yenilənməsinin və dəstəklənməsinin dayandırılacağını bəyan edib. Şirkət bu qərarı internetdə multimedia kontentinin baxılması zamanı “Flash Player”i əvəzləyəcək “HTML5”, “WebGL” və “WebAssembly” daxil olmaqla digər standartların inkişafı ilə izah edib.

 

Bu ilin iyununda “Adobe” şirkəti istifadəçilərə “Adobe Flash Player” proqramının dəstəklənməsi müddətinin 31 dekabr 2020-ci ildə bitəcəyini xatırladıb. Həmin tarixdən etibarən şirkət yeniləmələrin təqdim olunmasının dayandırılması ilə yanaşı, saytda “Flash Player” proqramının yüklənilməsi üçün bütün linkləri ləğv edib. Beləliklə, istifadəçilər proqram təminatını quraşdıra və dəstəklənməyən versiyadan istifadəni davam etdirə bilməyəcəklər.

 

12 yanvar 2021-ci ildən sonra “Flash Player”də kontentin göstərilməsi tam dayandırılacaq və faydasız olacaq – proqramı fərdi kompüterlərə quraşdırmaq mümkün olsa da, istifadəçilərə onu mobil qurğulardan silmək tövsiyə olunur.

 

“Flash Player” proqramının qlobal versiyasının sonuncu yeniləməsi dekabrın əvvəlində buraxılıb.

 

1996-cı ildə yaradılan “Adobe Flash” texnologiyası “Adobe” şirkətinə 2005-ci ildə “Macromedia” şirkətini satın aldıqdan sonra miras qalıb. O, veb-səhifələrində animasiyalı və səsli interaktiv multimedia kontenti yaratmağa imkan verir. “Flash” əsasında əvvəllər çoxlu sayt və oyunlar yaradılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL