waplog

“Huawei” yeni noutbuk və orta sinif planşetini təqdim edib


"Huawei" şirkəti "AMD" prosessorları ilə təchiz edilmiş yeni "MateBook 14" noutbuku və "MatePad T 10S" planşetini təqdim edib. Yenilikləri yanvarın 9-dan ilkin sifariş etmək olar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, yeni "Huawei MateBook 14" – bu, incə korpusda hazırlanmış yüngül noutbukdur. "4000H" seriyalı "AMD Ryzen" prosessoru ilə təchiz edilib və 14 düymlük ekrana malikdir. Ekranın təsvir ölçüsü 2K təşkil edir. Çərçivəsi olduqca incədir. Noutbukun klaviaturasında barmaq izləri skanerindən ibarət klaviş var. "MateBook 14" noutbuku 1080p keyfiyyətli video izləmə rejimində 10 saatadək avtonom işləyə bilər. Noutbuk 16 QB-lıq əməli yaddaş və 512 QB-lıq SSD daşıyıcı ilə təchiz edilib. Qurğunun qiyməti 985 dollardır.

 

Planşet 10,1 düymlük ekran, "Kirin 710A" prosessoru, 5100 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Planşetin qiyməti 226 dollardır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL