waplog

Mobil proqram və oyunlar bazarında 30 faizlik illik artım qeydə alınıb


"Sensor Tower" analitik şirkəti 2020-ci il ərzində mobil proqramlar üçün istifadəçi xərclərinə həsr edilən hesabat dərc edib. Məlumata görə, istifadəçi xərcləri 30,2 faiz artaraq 111 milyard dollara çatıb. Bu, mobil bazar üçün yeni rekorddur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, ən gəlirli mağaza xərclərin 30,3 faiz artdığı "App Store" olub. Burada istifadəçilər ümumilikdə 72,3 milyard dollar (2019-cu ildə məbləğ 55,5 milyard dollar təşkil edib) sərf ediblər. "Google Play" mağazasında isə xərclər 30 faiz artaraq 38,6 milyard dollara (2019-cu ildə məbləğ 29,7 milyard dollar olub) çatıb. Hər iki platformada proqram quraşdırmalarının ümumi sayı 143 milyardı ötüb.

 

Məlumata görə, ən gəlirli mobil oyunlar bazarı olub. O, yeni rekord qıraraq 79,5 milyard dollarlıq (2019-cu illə müqayisədə artım 26 faiz təşkil edib) səviyyəyə çatıb. "iOS" əməliyyat sisteminin payı 47,6 milyard dollar təşkil edib. Ən gəlirli oyun platforması isə "Honor of Kings" (2,5 milyard dollar) olub.

 

"Android" istifadəçiləri mobil videooyunlara 32 milyard dollar xərcləyiblər. Lider "Coin Master" layihəsi (799 milyon dollar) olub.

 

Analitiklər qeyd edib ki, qeyd olunan məbləğlərdə yerli vergilər, reklam xərcləri, məhsulların qaytarılması və digər xərclər nəzərə alınmayıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL