waplog

“Alcatel” iki yeni əlçatan smartfonunu təqdim edib


“Alcatel” şirkəti “Alcatel 5X” və “Alcatel 1V Plus” smartfon modellərini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Alcatel 5x” aparatı 1600x720 piksel təsvir ölçülü 6,52 düymlük IPS ekranla təchiz edilib. Cihaz 2 QHs maksimal takt tezlikli 8 nüvəli prosessor, 4 QB əməli yaddaş və 128 QB daxili yaddaşla (“microSD” yaddaş kartı ilə artırmaq imkanı var) təchiz edilib. Aparat 5000 milliamper/saat tutumlu akkumulyatora, həmçinin arxa paneldə barmaq izləri skanerinə malikdir.

 

Smartfonun əsas kamerası 48, 5, 2 və 2 mp-lik təsvir ölçülü 4 sensordan ibarətdir. Yeniliyin selfi modulu 13 mp-lik sensora malikdir. “Alcatel 5x” aparatı üztanıma funksiyasını dəstəkləyir və “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

“Alcatel 1V Plus” modeli 6,22 düym diaqonallı IPS displey və 4000 milliamper/saat tutumlu akkumulyatora malikdir. 8 nüvəli “MediaTek Helio P22” çipi ilə təchiz edilmiş aparat 2 QB əməli yaddaş və 32 QB-lıq daxili daşıyıcıya malikdir. Qurğunun ikiqat əsas kamerası 13 və 5 mp-lik sensorlar, ön kamerası isə 5 mp-lik sensordan ibarətdir. Smartfonun akkumulyatorunun tutumu 4000 milliamper/saat təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL