“Aztelekom" İB növbəti dəfə xəbərdarlıq etdi
Regionlarda aparılan təmir-tikinti və qazıntı işləri zamanı regional və yerli əhəmiyyətli optik kabellərin zədələməsi problemlər yaradır.
Bununla bağlı, "Aztelekom" İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasını qadağan edib.Qərar qəza vəziyyətinin qarşısının alınması üçün qəbul edilib və həm hüquqi, həm də fiziki şəxslərə aiddir.
Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə “Aztelekom” magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır. Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Qeyd edək ki, yazılı müraciətlər “Aztelekom” İB-nin Kabel Magistrallarının Texniki Qovşağının Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində yerləşən rayon bölmələrində qəbul edilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL