waplog

“Facebook” bu il smartfonlara əvəzetmə çıxarmağı planlaşdırır


“Facebook”un aparat təminatı bölməsinin rəhbəri Endrü Bosuortanın sözlərinə görə, rəhbərlik şirkətin yeni məhsulunun – artırılmış reallıq eynəyinin daha tez istifadəyə verilməsində maraqlıdır. O, qurğu haqqında bəzi təfərrüatları və təxmin edilən təqdimetmə müddəti haqqında məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Facebook”un top-menecerinin məlumatına görə, şirkətin “ağıllı” eynəyi artıq bu il satışa çıxarılacaq. O deyib ki, yeni qurğuda artırılmış reallıq məhsulları üçün tipik olan rəqəmli qoyma texnologiyasından istifadə edilməyəcək. Endrü Bosuort bildirib ki, şirkətdə yeni məhsul "ağıllı eynək" adlandırılır, artırılmış reallıq texnologiyasından söhbət getmir.

 

“Facebook”un məqsədi holoqram və rəqəmli obyektlərlə qarşılıqlı əlaqədə olmağa imkan verən, həmçinin bütün günü taxıla bilən klassik eynək dizaynı üzrə hazırlanmış aksesuar təqdim etməkdir. Artıq məlumdur ki, qurğu Fransanın “Luxottica” eynək brendi ilə birgə hazırlanacaq.

 

“Facebook”un nümayəndələri əmindirlər ki, “ağıllı” eynəklər son nəticədə bazardan adi smartfonları tamamilə sıxışdırıb çıxaracaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL