Sony şirkəti kağız ilə işləyən batareya yaradıb
Sony şirkəti öz yeni istehsalı haqqında xəbər verib. Belə ki xırdalanmış kağız elektrik enerjisi yaradır. Yenilik ətraf mühit üçün tamamilə təhlükəsizdir, lakin hələlik onun gücü çox zəifdir. Belə ki batareyanın yaratdığı enerji yalnız kiçik ventilyatorun işə salınmasına çatır.
Elektrik sellülozun fermentlərlə kimyəvi reaksiyası nəticəsində yaranır. Kağız və ya büzmələnmiş karton parçaları sellülozun mənbəsi kimi istifadə olunur və onlar fermentlərlə qarşılıqlı əlaqə nəticəsində şəkərə çevrilirlər.
Şəkər başqa fermentlərlə emal edilir, elektron və hidrogen ionları yaranır. Elektronlar elektrik enerjisinin hazırlanması üçün, hidrogenin ionu isə oksigenlə əlaqəyə girir və əlavə məhsul – suyu yaradırlar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL