waplog

“TikTok” uşaqlar üçün qaydaları dəyişdirib


"TikTok" qısamüddətli video xidmətinin administrasiyası yaşı 18-dən az olan istifadəçilər üçün bir sıra məhdudiyyətlər tətbiq edib. İndi yaşı 13-dən 15-dək olan uşaqların hesabları avtomatik məxfi olur – yalnız təsdiq edilmiş abunəçilər onlara baxa bilər, yaşı 16-dan az olan şəxslər tərəfindən yerləşdirilmiş çarxlara isə yalnız "dostlar" şərh yaza bilərlər. Digər şəxslər üçün uşağın hesabına giriş bağlı olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, bundan başqa 13-15 yaşlı istifadəçilər üçün "öz hesabını başqa şəxslərə təklif etmək" seçimi başlanğıc ayar kimi deaktiv ediləcək. Belə hesablar üçün "Duet and Stitch" funksiyası, həmçinin videonun yüklənməsi əlçatmaz olacaq.

 

16-17 yaşlı yeniyetmələr üçün "Duet and Stitch" seçimi yalnız "dostlar" üçün açıq qalacaq.

 

2020-ci ildə "TikTok"un tərtibatçıları "Ailə Təhlükəsizlik Rejimi"ni (Family Safety Mode) əlavə ediblər. Bu rejim valideynlərə öz uşaqları üçün arzuolunmaz məzmunu gizlətməyə, məhdudlaşdırmağa və ya şəxsi mesajları tamamilə deaktiv etməyə imkan verir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL