waplog

2012-ci ildə NFC dəstəkli telefonların tədarükü 80 milyona çatacaq


IMS Research tədqiqat şirkətinin məlumatına əsasən, 2011-ci ildə dünyada NFC dəstəkli 35 milyon mobil telefon tədarük edilib.

Mütəxəssislər qeyd ediblər ki, cari il kontaktsız mobil ödənişlər həyata keçirməyə imkan verən kiçik hərəkət radiusuna malik simsiz yüksəktezlikli əlaqə texnologiyasının inkişafında əhəmiyyətli mərhələ olub.

"Nəhayət, 2011-ci ildə biz əsl sıçrayış qeydə aldıq. Son 12 ay ərzində aparıcı mobil telefon istehsalçılarının əksəriyyəti NFC texnologiyasını dəstəkləyən modellər istehsal ediblər.

Samsung, RIM, Nokia və HTC həmin şirkətlər arasındadır" - IMS Research şirkətinin aparıcı analitiki Don Teit (Don Tait) bildirib.

Ekspertlər əmindirlər ki, yaxın ilərldə NFC texnologiyasının yayılması templəri artacaq. IMS Research şirkətinin proqnozuna əsasən, 2012-ci ilin sonuna kimi NFC çiplərlə təchiz edilmiş mobil telefonların sayı 80 milyona çatacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL