Kasıblar üçün XO-1.75 noutbuku 2012-ci ildə çıxacaq
ABŞ-ın Rabitə üzrə Federal komissiyasına (FCC) OLPC layihəsinin iştirakçıları tərəfindən hazırlanan XO-1.75 portativ kompyuteri sertifikat almaq üçün daxil olub.
İlkin informasiyaya görə, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş ucuz noutbuk 7,5 düym diaqonallı ekrana malik olacaq. Ekran 2 rejimdə - rəngli və bir rəngli rejimdə işləyə biləcək.
XO-1.75 noutbukunun “ürəy”i 1 QHz takt tezliyində işləyən Marvell Armada ARM prosessoru olacaq. Əməli yaddaş tutumu 512 MB, daxili fləş daşıyıcının tutumu isə 4 QB təşkil edəcək. Wi-Fi simsiz əlaqə adapterinin olacağı bildirilir.
Kompyuterlərin istehsalı ilə Quanta Computer şirkəti məşğul olacaq. XO-1.75 modelinin elanı 2012-ci ilə gözlənilir; noutbukun qiyməti 200 dolları ötməməlidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL