waplog

“Dynabook Satellite Pro L50” noutbuku “GeForce MX250” qrafikası ilə təchiz edilib


“Intel Comet Lake” aparat platforması və “Windows 10 Pro” əməliyyat sistemindən istifadə edən “Dynabook Satellite Pro L50” biznes noutbuku təqdim olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğuda 1,8 giqahers takt tezliyində işləməklə 4,9 giqahersədək artırılma imkanına malik dörd hesablama nüvəli (8 təlimat axını) “Core i7-10510U” prosessoru tətbiq edilib. Qrafik altsistemin tərkibinə “NVIDIA GeForce MX250” diskret sürətləndiricisi daxildir.

 

Noutbuk “Full HD” formatlı (1920 × 1080 piksel) 15,6 düym diaqonallı ekranla təchiz olunub. “HDMI” interfeysi vasitəsilə görüntünü xarici monitora ötürmək mümkündür.

 

“Dynabook Satellite Pro L50” 16 giqabaytlıq “DDR4” operativ yaddaşı və 512 giqabayt tutumlu “NVMe” bərkcisimli toplayıcısı ilə təchiz edilib. Həmçinin “Wi-Fi 5” və “Bluetooth 4.2” simsiz rabitə adapterləri, eləcə də kompüter şəbəkəsinə simli qoşulma üçün “Ethernet” kontrolleri mövcuddur.

 

İnterfeyslər dəstinə üç “USB Type-A 3.2” portu, “USB Type-C 3.2” simmetrik çıxışı və 3,5 millimetrlik standart audioçıxış daxildir. Bundan əlavə, yeni qurğu “SD” oxuyucusu, 720 pikselli veb-kamera, stereofonik dinamiklər və 40 vatt-saat tutumlu akkumulyatora malikdir. Qabaritlər 361 × 244 × 19,9 millimetr, çəki 1,7 kiloqram təşkil edir.

 

“Dynabook Satellite Pro L50” portativ kompüterinin başlanğıc qiyməti 900 dollara bərabərdir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL