waplog

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində Gənc Proqramçılar Məktəbi fəaliyyətə başlamışdır


Bu gün Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, yaradıcılıq potensialının inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb.

Ölkədə qəbul edilən müvafiq dövlət proqramları, strateji tədbir və layihələrin başlıca hədəflərindən biri də gənclərimizin İKT hazırlığının daha da təkmilləşdirilməsi, kompyuter proqramlaşdırması sahəsində istedadının aşkara çıxarılması, müxtəlif fənlər üzrə olimpiadaların, layihələrin və s. həyata keçirilməsidir.

İnformatika və İKT-nin elmi-nəzəri əsaslarının, müxtəlif problemlərinin, onların həlli yollarının araşdırılması, inkişaf perspektivləri və meyllərinin müəyyən edilməsi, o cümlədən informatikanın tədrisində dəyərli töhfələrini verən AMEA İnformasiya Texnologiyaları İnstitutunda da İT ixtisasları üzrə peşəkar mütəxəssis hazırlığı məsələlərinə xüsusi önəm verilir.

Gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq formalaşması, yeni biliklərin əldə edilməsi, bir sözlə milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

İnstitutda İT dünyasının aparıcı qüvvələrindən hesab olunan gənc proqramçılar ordusunun yetişdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.

Proqramlaşdırma, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılması, ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi, ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsi sahəsində kompleks işlərin həyata keçirilməsi, bu işlərə dəstək verilməsi institutun başlıca hədəflərindəndir.

Bu məqsədlə İnfoMAS İctimai Birliyi (İnformasiya Texnologiyaları Mütəxəssisləri Assosiasiyası) ilə birgə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Gənc Proqramçılar Məktəbi yaradılıb.

Alim və yüksək ixtisaslı proqramçıların rəhbərliyi ilə proqramlaşdırma üzrə yeni biliklərin tədrisi, mütəxəssislərlə real interaktiv ünsiyyətin qurulması, o cümlədən Azərbaycanın beynəlxalq müsabiqələrdə layiqli təmsil olunması üçün peşəkar proqramçıların yetişdirilməsi Gənc Proqramçılar Məktəbinin əsas hədəflərindəndir.

Burada gələcəyin proqramçılarına kompyuter və informatika elmlərinin predmeti, kompyuter texnologiyaları, onların inkişaf mərhələləri və perspektivləri, kompyuter şəbəkələri, alqoritmləşdirmə haqqında dərslər keçirilir.

Əsas məqsəd İT kursların, Yay kompyuter düşərgələrinin təşkili, məktəbli və tələbələrin proqramlaşdırma üzrə müxtəlif müsabiqə və beynəlxalq olimpiadalara hazırlığı, İT üzrə müxtəlif layihələrdə iştirak, bu sahədə müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL