waplog

“Bloomberg”: “Apple” şirkəti qatlanan “iPhone” smartfonu üzərində işlərə başlayıb


“Apple” şirkəti qatlanan ekrana malik smartfon hazırlamağa başlayıb. Bu haqda öz mənbəsinə istinadən “Bloomberg” agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, işçi proses ekranların hazırlanması mərhələsindədir, hələ işlək prototip yoxdur.

 

Şirkət qatlanan ekranın ölçüsünü müəyyənləşdirməyib. “iPhone 12 Pro Max” smartfonunda olduğu kimi, 6,7 düymlük ekran (təxminən 17 sm) nəzərdən keçirilir.

 

“Bloomberg” nəşri yazır ki, ehtimal ki, qatlanan “iPhone” tezliklə təqdim edilməyəcək və bəlkə də ümumiyyətlə, çıxarılmayacaq. İndi “Apple” şirkəti öz diqqətini bu ilin sonunda təqdim edilməsi planlaşdırılan qabaqcıl “iPhone” və “iPad” qurğularının çıxarılmasına cəmləyib. Koronavirus pandemiyası məhsulun hazırlanmasını çətinləşdirib, çünki şirkətin mühəndisləri “Silikon vadisi”ndəki ofislərdə həftədə yalnız bir neçə gün və az sayda işləyirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL