waplog

Yarımkeçiricilər sahəsində xərclərə görə lider məlum olub


“IC Insights” analitik şirkətinin mütəxəssisləri yarımkeçiricilər sahəsində elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərclərlə bağlı vəziyyəti tədqiq ediblər. Onların hesablamasına görə, pandemiyanın səbəb olduğu böhran istehsalçıları elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün ayrılan gəlirin payını azaltmağa məcbur etsə də, mütləq ifadədə bu xərclər rekord səviyyəyə çatıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, 2020-ci ildə elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərclər satış həcminin 14,2 faizini təşkil etdiyi halda 2019-cu ildə bu göstərici 14,6 faizə bərabər olub. Bununla yanaşı, ötən il yarımkeçiricilər sahəsinin ümumi gəliri 8 faiz artıb, 2019-cu ildə isə 12 faiz azalıb.

 

Analitiklərin gözləntisinə görə, sahə üzrə gəlirlər artmaqda davam edəcək, elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərclər isə azalacaq. Həmçinin 2021-2025-ci illərdə elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün illik xərclər 5,8 faiz artaraq qeyd olunan müddətin sonuna 89,3 milyard dollara çatacaq.

 

Ötən il “Intel” şirkəti elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərclərə görə liderliyini qoruyub. Belə ki, sahə üzrə ümumi xərclərin 19 faizi onun payına düşüb. Lakin xərclərin azaldılması, bir sıra məhsul kateqoriyalarından imtina və maksimal effektivliyə nail olmaq üçün göstərilən cəhdlər 2020-ci ildə “Intel” tərəfindən elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün xərclərin 4 faiz – təxminən 12,9 milyard dollaradək azaldılmasına gətirib çıxarıb. Bu, “Intel” üçün 1990-cı illərin ortalarından ən böyük azalmadır. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ikinci yeri tutan “Samsung” şirkəti, əksinə, bu xərcləri 19 faiz – 5,6 milyard dollaradək artırıb.

 

Elmi tədqiqat və təcrübi-konstruktor işləri üçün siyahıya başçılıq edən şirkətlər onluğunda “Intel” və “Samsung” şirkətləri ilə yanaşı, “Broadcom”, “Qualcomm”, “Nvidia”, “TSMC”, “MediaTek”, “Micron”, “SK Hynix” və “AMD” yer alıb. Onlar tərəfindən 2020-ci ildə ümumilikdə 43,5 milyard dollar sərf olunub ki, bu da sahə üzrə xərclərin 64 faizinə bərabərdir. 2019-cu illə müqayisədə bu qrupda tədqiqat və işləmələr üçün xərclərin artımı 11 faiz təşkil edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL