waplog

“WhatsApp”da bir neçə yeni funksiya istifadəyə veriləcək


Populyar “WhatsApp” messencerində bir neçə yeni funksiya istifadəyə veriləcək. Onların hamısı messencerin veb-versiyasında, eləcə də “MacOS” və “Windows” əməliyyat sistemləri üçün proqramlarda tətbiq ediləcək. Bu barədə “The Independent” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, əsas yenilik təhlükəsizlik funksiyalarının yenilənməsi ilə əlaqədar olacaq. Hazırda messencerin fərdi kompüter versiyasının istifadəçiləri kompüterdə yazışmalara daxil olmaq üçün əvvəlcə smartfonla “QR” kodunu skan etdikləri halda gələcəkdə əlavə olaraq sifət və ya barmaq izini skan etməli olacaqlar.

 

Tərtibatçıların rəsmi məlumatına görə, bu, qonşu və ya həmkarın istifadəçinin icazəsi olmadan “WhatsApp” hesabına qurğular qoşmaq imkanını azaldacaq.

 

Son proqram yeniləməsi ilə daktiloskopik sensor və üz skanerini dəstəkləyən bütün qurğu sahibləri təchiz ediləcək. “WhatsApp” nümayəndələri “Android” və “iOS” sistemlərinin qurğuda skanı məlumatları kənar serverlərə göndərmədən etməyə imkan verdiyindən istifadəçilərin biometrik məlumatlarına çıxış imkanlarının olmayacağını əlavə ediblər.

 

Yeni funksiyaların bir neçə həftə ərzində messencerdə istifadəyə veriləcəyi bildirilsə də, dəqiq tarix açıqlanmır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL