waplog

“Hisense” şirkəti rəngli “E-ink” ekranına malik yeni “5G” smartfonunu təqdim edib


“Hisense” şirkəti elektron mürəkkəb texnologiyası əsasında hazırlanmış ekrana malik “A7 5G” smartfonunun yenilənmiş versiyasını təqdim edib. “Hisense A7 CC” modelinin sələfindən əsas fərqi enerjiyə qənaət edən rəngli ekrana malik olmasıdır. Bundan başqa, aparat “5G” modemə, xüsusi rəqəmli-analoq çeviriciyə və sürətli enerjidoldurma funksiyasını dəstəkləyən tutumlu akkumulyatora malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, cihaz 6,7 düym diaqonala, 1800x900 nöqtə təsvir ölçüsünə və 4096 rəng çalarına malik ikinci nəsil “E-Ink Kaleido” sensor ekranı ilə təchiz edilib. Daxili “5G” modemə malik “Unisoc Tiger T7510” mobil platforması qurğunun məhsuldarlığını təmin edir. Əməli yaddaşın tutumu 6 QB, daxili daşıyıcının tutumu isə 128 QB-dır.

 

“Hisense A7 CC” smartfonu 18 vatt gücündə enerji blokunu dəstəkləyən 4770 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Yenilik, həmçinin arxa paneldə barmaq izləri skaneri, 3,5 mm-lik audiokonnektor, “AK4377AECB” rəqəmli-analoq çevirici və korpusun sol tərəfində proqramlaşdırılan əlavə klavişə malikdir. Qara və boz korpuslarda təqdim edilmiş qurğu “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL