waplog

Smartfonlar hava ilə enerji toplaya biləcəklər


“Xiaomi” şirkəti uyğun cihazları hava vasitəsilə enerji ilə doldura bilən “Mi Air Charge” enerjidoldurma stansiyasını təqdim edib. Şirkət yenilik haqqında öz bloqunda məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, stansiya millimetr dalğasında şüa formalaşdıra və bir neçə istehlakçıya göndərə bilən xüsusi bir qutudur. Dalğalar elektrik enerjisinə çevrilir, sonra smartfon bu enerji ilə şarj olur.

 

“Mi Air Charge” stansiyası çoxlu sayda qəbuledici və ötürücülərdən ibarətdir: 5 antena otaqda uyğun qurğunun yerini müəyyənləşdirir, 144 antena dalğaları ötürür. Yükləmə başlığı eyni vaxtda bir neçə metr məsafədən olan qurğu ilə işləyə bilər. Hər bir cihaz üçün enerji gücü 5 vatt təşkil edir.

 

“Mi Air Charge” enerjidoldurma stansiyasının çıxışının müddətləri haqqında bildirilmir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL