waplog

“Honor” şirkətinin gələcək fəaliyyət istiqamətləri məlum olub


"Honor" şirkəti "Huawei" ilə rəqabət aparmaq və xarici tərəfdaşların xidmətlərindən istifadə etmək niyyətindədir. Bu barədə şirkətin baş direktoru Corc Çjao "SCMP" nəşrinə müsahibədə bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, onun sözlərinə görə, brendin əsas missiyası Çində "Apple" və "Huawei" məhsulları ilə rəqabət aparacaq qabaqcıl qurğular yaratmaqdır.

 

Nəşrə müsahibədə C.Çjao təsdiqləyib ki, müstəqil şirkət statusunu əldə etdikdən sonra "Honor" ABŞ sanksiyalarından azad olunub və xarici tərəfdaşlarla (o cümlədən ABŞ) birgə fəaliyyət göstərmək hüququna malikdir. Şirkət rəhbəri bəyan edib ki, "Honor" artıq "Intel", "AMD" və "Qualcomm" kimi şirkətlərlə razılıq əldə edib. Gələcəkdə korporasiya "Google" şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir – hazırda tərəflər arasında danışıqlar aparılır.

 

"Honor" rəhbəri onu da vurğulayıb ki, ilin əvvəlində təqdim edilən qabaqcıl "V40" (View 40) modeli bazarda böyük populyarlıq qazanıb. "View 40" əsas elektron ticarət platformalarında, o cümlədən "Tmall", "JD.com", "Suning.com" və bizim internet mağazamızda 4 dəqiqə ərzində satılıb qurtarıb", sahibkar qeyd edib.

 

Bir müddət əvvəl "Honor" smartfonlarının yenidən "Google" servisləri ilə təchiz ediləcəyi məlum olub. Şirkətdəki mənbələrin məlumatına görə, yazda brendin iki yeni qurğusu Avropada satışa çıxarılacaq. "Honor" üçün tətbiq edilən ABŞ sanksiyaları şirkət noyabrda Çinin "Shenzhen Zhixin New Information Technology Co" konsorsiumuna satıldıqdan sonra aradan qaldırılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL