waplog

“Apple” qurğularının sayı açıqlanıb


Aktiv "Apple" qurğularının sayı 1,5 milyard ədədi ötüb. Bu barədə "Reuters" agentliyinə şirkət rəhbəri Tim Kuk bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, aktiv qurğular dedikdə bu və ya digər proqram yeniləmələri ilə təmin edilən qurğular başa düşülür. T.Kuk qeyd edib ki, hazırda "iPhone", "iPad", "Mac" və s. kimi "Apple" qurğularının sayı 1,65 milyard təşkil edir. Bir il əvvəl onların sayı 1,5 milyard ədədə bərabər olub.

 

ABŞ korporasiyasının rəhbəri, həmçinin aktiv "iPhone" smartfonlarının sayının 1 milyard ədədi ötdüyünü vurğulayıb. 2019-cu ildə "Apple" smartfonlarının sayı 900 milyon ədədi üstələyib. Şirkət rəhbəri onu da əlavə edib ki, ödənişli servis və abunə istifadəçilərinin sayı 620 milyon nəfərə yaxındır. Bu, şirkətin 2020-ci ilin sonuna toplamağa planlaşdırdığından (600 milyon istifadəçi) çoxdur.

 

Bir müddət əvvəl "Apple" 26 dekabr 2020-ci ildə başa çatan 2021-ci maliyyə ilinin birinci rübü üçün hesabat dərc edib. Şirkət tərəfindən ilk dəfə 100 milyard dolları ötən rekord mədaxil artımı qeydə alınıb.

 

Payızda analitiklər tərəfindən şirkətin ilin sonunadək 1 milyarddan çox "iPhone" smartfonu satması açıqlanıb. "iPhone" satışa çıxarıldıqdan on üç il sonra ən populyar və ən çox satılan smartfon olaraq qalır", – ekspertlər qeyd edib. Onların qiymətləndirməsinə görə, hər il "Apple" ekosisteminə istifadəçilərin 20-30 faizi cəlb olunur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL