waplog

Bu ilin ən avtonom smartfonları açıqlanıb


Texniki ekspertlər “UL Benchmarks” servisinin məlumatları əsasında 2021-ci ilin yanvarında satışda olan ən avtonom smartfonların reytinqini tərtib ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, bütün parametrlərə görə yaxşı avtonomluq göstəricilərinə (5260 milliamper/saat) malik “Xiaomi Mi Note 10 Lite” ilk sadalanan qurğudur. Belə ki, tutumlu akkumulyator 17 saat 45 dəqiqə ərzində avtonom işi təmin edir.

 

“Tecno Spark 6 Go 2/32” isə ucuz və avtonom işləmə müddəti çox olan qurğudur. Servisin məlumatına görə, 5 min milliamper/saat tutumlu smartfon tam enerji topladıqdan sonra 18 saat işləyir.

 

197 dollarlıq “Redmi Note 9S” modeli servisin versiyasına görə 5020 milliamper/saat tutumlu akkumulyator sayəsində 18 saat 17 dəqiqə işləyir. Beş min milliamper/saat tutumlu batareya ilə təchiz edilən “Vivo Y30” smartfonu isə daha çox (18 saat 46 dəqiqə) işləyə bilir.

 

Avtonomluq göstəriciləri daha yaxşı olan digər qurğular kimi “Honor 30” (4 min milliamper/saat, 18 saat 50 dəqiqə), “Xiaomi Poco X3 NFC” (5160 milliamper/saat, 18 saat 55 dəqiqə), “Samsung Galaxy A02s” (5 min milliamper/saat, 19 saat 50 dəqiqə), “Samsung Galaxy M51” (7 min milliamper/saat, 20 saat 15 dəqiqə), “Tecno Pouvoir 4” (6 min milliamper/saat, 21 saat 11 dəqiqə) və “Blackview BV9100” (13 min milliamper/saat, 25 saat 32 dəqiqə) modelləri göstərilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL