waplog

“Microsoft”un rüblük gəliri 43 milyard dolları ötüb


“Microsoft” korporasiyasının rüblük gəliri 43,1 milyard dollar təşkil edib. Bu məlumat şirkətin saytında dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, “Microsoft”un gəliri ötən maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Bu müddət ərzində əməliyyat gəliri 29% artaraq 17,9 milyard dollar təşkil edib. Xalis mənfəət 33% artaraq 15,5 milyard dollar olub.

 

Korporasiyanın əsas icraçı direktoru Satya Nadella deyib ki, “Microsoft”un maliyyə uğuru bulud texnologiyalarına əsaslanan xidmətlərə olan böyük tələbatdan irəli gəlir. "Məhsullarımızın geniş çeşidinə olan tələbin artması nəticəsində bulud xidmətlərinin satışından əldə olunan gəlir il ərzində 34% artaraq 16,7 milyard dollar olub" – şirkətin əsas maliyyə direktoru Emi Hud deyib.

 

1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş “Microsoft” korporasiyası üçün müxtəlif qurğular üçün proqram təminatının hazırlanması ilə məşğul olan ən böyük korporasiyalardan biridir. “Microsoft”un mənzil-qərargahı Redmondda yerləşir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL