waplog

“Hyundai” insanlara xidmət göstərən robot istifadəyə verib


“Hyundai” şirkəti süni intellekt əsasında hazırlanmış və mağaza, salon, muzey və bir çox başqa müəssisələrdə ziyarətçilərə kömək edə bilən “DAL-e” robotunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 25 yanvar tarixində “DAL-e” robotu “Hyundai Motor”un yeni salonunda ilk işinə başlayıb. Xoş görünüşə malik robot ziyarətçiləri salamlayacaq və onların suallarını cavablandıracaq. Üztanıma sisteminə malik “DAL-e” robotu bu və ya digər insanları tanıya bilir, ən müxtəlif müəssisə və ictimai yerlərdə xidmət edən personala köməkçi düşünülüb.

 

Qurğunun çəkisi 80 kq-dır. Robot böyük emalatxana və ya ictimai qida müəssisələrində hərəkət edə bilir. Onu asanlıqla proqramlaşdırmaq mümkündür.

 

Robot mağazanın girişində yerləşdirilə bilər, burada içəri daxil olan insanların suallarına cavab verəcək, hətta maskasız içəri daxil olmaq istəyənləri aşkar edərək onlara maska taxmağı tövsiyə edəcək. “Hyundai” yaxın zamanda insanları “ağıllı” qurğularla əvəz etməyi planlaşdırmır, amma koronavirus epidemiyası zamanı onların faydasını inkar etmir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL