waplog

“Apple” vacib funksiyanı “iPhone”a geri qaytarmağa hazırlaşır


"Apple" şirkəti yenidən barmaq izləri datçikinə malik olacaq növbəti nəsil "iPhone" prototipi üzərində işləyir. Bu haqda ABŞ şirkətinin əməkdaşlarına istinadən "The Wall Street Journal" nəşri yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, gələcəkdə "iPhone 13" (və ya "iPhone 12s") smartfonunda ekranın alt hissəsinə barmaq izləri skaneri əlavə edilə bilər və onun əsasında "Touch ID" sistemi işləyəcək. Maraqlıdır ki, "Apple" şirkəti optik texnologiyanı ultrasəs texnologiyasından daha etibarlı hesab edir.

 

"Apple" şirkəti 2017-ci ildə müasir smartfonlarda barmaq izləri skanerindən imtina etmişdi. Həmin vaxt "Face ID" sisteminə malik "iPhone X" smartfonu təqdim edilmişdi. 2020-ci ildə dünyada pandemiya və maska rejiminin tətbiqi ilə əlaqədar sözügedən şirkətin qurğusundan istifadə edənlər problemlə üzləşiblər – üztanıma maska və respiratorla işləmir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL