waplog

Smartfonlar üçün yeni “Samsung” ekranı yaradılıb


“Samsung Display” şirkəti smartfonlarda istifadə üçün nəzərdə tutulan üzvi işıq diodları (OLED) əsasında yeni nəsil ekran hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews.” resursuna istinadən yazır ki, displeyin əsas xüsusiyyəti açıq məkanlarda parlaq günəş işığı altında yaxşı oxunma imkanındadır. Cənubi Koreya nəhənginin nümayəndələrinin sözlərinə görə, gündüz vaxtı smartfonlardan açıq havada istifadə zamanı ekran qaranlıq göründüyündən onların üzərindəki mətni görmək çətinləşir. Yeni “Samsung” panelində isə bu çatışmazlıq aradan qaldırılıb.

 

Bildirilir ki, təklif edilən həllin sirri geniş rəng qamması və yüksək parlaqlığı təmin edən proprietar işıq şüalandırma texnologiyasından istifadədədir. Panelin strukturunda yeni üzvi material tətbiq edilib.

 

Məlumata görə, ekranın parlaqlığı 1500 kandel/kvadratmetrdən çoxdur. Testlərdən məlum olub ki, açıq havada rəng əhatəsi (Ambient Color Gamut) “DCI-P3” rəng məkanının 73 faizini təşkil edir.

 

Beləliklə, ekran əksər hallarda parlaq günəş işığı altında yaxşı oxunur. Texnologiya beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən qabaqcıl smartfonlarda istifadə ediləcək. Həmçinin həllin təkmilləşdirilmiş enerji sərfiyyatının azaldılması vasitələri ilə birlikdə tətbiqi planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL