“HTC” smartfonlarının satışları qadağan edildi
ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası (ITC) “Apple” şirkətinin patentini pozan “HTC” smartfonlarının satışlarının qadağası haqqında qərar qəbul edib. Qərar ABŞ-da yayılmış telefon nömrələrinin elektron məktublarda tanınması funksiyasını reallaşdıran modellərə aiddir.
Qadağa 2012-ci il aprel ayının 19-da qüvvəyə minəcək. Tayvan korporasiyasının rəhbərliyi, hətta “ITC” tərəfindən çıxarılmış hökmdən razı qalıb, belə ki, komissiya yalnız bir hüququn pozulması faktını təsdiqləyib.
Qeyd edək ki, “Apple” bir sıra patentlərinin “HTC” şirkəti tərəfindən pozulduğunu iddia edirdi.
Hələ ki bu, ilkin qərardır, iş üzrə son hökmü komissiya tam heyətdə fevral ayında çıxardacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL