waplog

“Xiaomi” smartfonları “Google”un xidmətlərini dəstəkləməyi dayandıracaq


Çin bazarı üçün təqdim edilmiş "Xiaomi" smartfonlarında "Google"un xidmət və proqramları əlçatmaz olacaq. Kütləvi problem haqqında "Gizmochina" nəşri məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, "Xiaomi" şirkətindən verilmiş açıqlamada deyilir ki, şirkət tələblərə uyğun gəlmədiyinə görə istifadəçilərə "Google Mobile Services"i öz smartfonlarına quraşdırmağa və yükləməyə daha icazə vermir. "Google"un xidmətləri Çində qadağan edilib.

 

Yeni siyasət dəyişikliyi ilə əlaqədar qara siyahıya salınmış modellərin siyahısı açıqlanmır. Çin bazarı üçün çıxarılmış yeni "Redmi K30 Ultra" və "Redmi 10x 5G" artıq internet nəhənginin xidmətlərini dəstəkləmir. "Xiaomi" smartfonlarının qlobal versiyalarında "Google"un xidmətləri işləməyə davam edəcək.

 

"Xiaomi" şirkəti bu ilin yanvarında amerikalı investorlar üçün qara siyahıya daxil edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL