waplog

“Xiaomi” smartfonlarına “Google” servislərinin quraşdırılması qadağan edilib


"Xiaomi" şirkətinin istehsalı olan bir sıra smartfonlara "Google" servislərinin quraşdırılması bloklanıb. Bu barədə "GizmoChina" nəşrinin məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, Çin korporasiyası nümayəndələrinin jurnalistlərə bildirdiyinə görə, "Google" servis strukturu üçün nəzərdə tutulmayan smartfonlara ABŞ şirkətinin proqramlarını quraşdırmaq qeyri-mümkün olacaq. "Bu, təəccüblü deyil, çünki "Google" servisləri Çində qadağan olunduğundan ölkədə əksər qurğular "Google Media Services" (GMS) proqramlarını dəstəkləmir", – nəşrin müəllifləri qeyd edib.

 

Şirkət tərəfindən "Google" servislərinin quraşdırılmadığı qurğuların siyahısı açıqlanmayıb. Lakin istifadəçilərin məlumatına görə, bu modellərə minimum "Redmi K30 Ultra" və "Redmi 10X 5G" aiddir. Məhdudiyyətlər Çində satılan qurğulara şamil olunur – digər regionları təmsil edən istifadəçilərin qurğularına "Google" servislərini quraşdırmaq mümkündür.

 

Jurnalistlər qeyd edib ki, şirkət "Android" əməliyyat sistemi üçün öz "MIUI" interfeysini inkişaf etdirir. İstifadəçilərin "Google" servislərinin ləğvi ilə bağlı şikayətləri interfeysin "MIUI 12.5" adlı yeni versiyası təqdim edildikdən sonra yayılıb.

 

Bundan əvvəl "Xiaomi" şirkəti adının ABŞ-ın "qara siyahı"sından çıxarılması üçün ABŞ məhkəməsinə müraciət edib. Korporasiyanın sanksiyaların tətbiq olunduğu Çin şirkətləri siyahısına daxil edilməsi yanvarın ortalarında məlum olub. ABŞ hakimiyyət nümayəndələrinin fikrincə, "Xiaomi" və digər səkkiz şirkətin Çinin hərbi sahəsi ilə əlaqəsi ola bilər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL