waplog

“PlayStation 5” konsolunun satış həcmi nə qədər olub?


“Sony” şirkəti maliyyə ilinin üçüncü rübündə bazara 4,5 milyon yeni nəsil konsol tədarük edib. Bu barədə şirkətin saytında dərc edilən məlumatda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, statistikaya görə, son rübdə “Sony” 4,5 milyon ədəd “PlayStation 5” oyun qurğusunun tədarükünü təşkil edib. Bu, satışların başlanğıcının eyni dövründə “PlayStation 4” qurğusundan əldə ediləndən cüzi çoxdur. Öz növbəsində əvvəlki nəsil konsolların tədarük həcmi 1,4 milyon ədəd təşkil edib. 2020-ci ildə “Sony” ümumilikdə 115,1 milyon ədəd “PS4” satıb. Hesabatda deyilir ki, “PS5” və aksesuarlar ziyanla satılır: “PS5” üçün avadanlığın qiyməti istehsal xərclərindən az olub.

 

Ötən il “PlayStation” bölməsinin ümumi mədaxili 22,7 milyard dollar təşkil edib. Bununla “Sony” seqmentdə həm öz, həm də sənayenin rekordunu qırıb. Oyun seqmentinin əməliyyat gəliri iki dəfə artaraq 767 milyon dollara çatıb. Oyun və əlavələrin satışı 103,7 milyon nüsxə təşkil edib.

 

Məlumata görə, “PS Plus” abunəçilərinin sayı 47,4 milyon istifadəçiyə çatıb – sentyabrda onların sayı 45,9 milyona bərabər olub. Şirkət nümayəndələri qeyd edib ki, oyun həvəskarları daha çox oyunların rəqəmli surətlərini alıblar – onların payı 53 faiz təşkil edib.

 

Korporasiyanın proqnozuna görə, 31 mart 2021-ci ildə başa çatacaq cari maliyyə ilinin sonunadək oyun seqmenti videooyunlar tarixində bütün platforma sahibləri arasında rekord mədaxil həcminə çatacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL