waplog

“Samsung” populyar smartfonların yenilənməsini dayandırıb


“Samsung” bəzi populyar smartfonlar üçün yeniləmələrin buraxılışını dayandırıb. Bu haqda şirkətin saytında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Cənubi Koreya korporasiyası öz qurğularına aid texniki informasiya bölməsini yeniləyib. Təhlükəsizlik yenilənmələrini almaqdan məhrum olmuş “Galaxy J3 Pop”, “Galaxy A3 2017”, “Galaxy A5 2017” və “Galaxy A7 2017” modelləri smartfonlar siyahısından çıxarılıb. Bütün bu aparatlar 2017-ci ildə təqdim edilmişdi. Beləliklə, şirkət bu qurğulara dəstəyini dayandırıb.

 

Yenilənmiş dəstək səhifəsindəki informasiyaya əsasən, şirkət müasir smartfonlar üçün aylıq təhlükəsizlik yeniləmələrinin buraxılışını öz üzərinə götürüb. Siyahıda “Galaxy S9”, “Galaxy S10”, “Galaxy S20”, “Galaxy Note 9”, “Galaxy Note 10”, “Galaxy Note 20” və başqa qurğular yer alıb. “Galaxy S8”, “Galaxy Note 8”, “Galaxy M10”, “Galaxy A70” və başqa smartfonlar üçün hər 3 aydan bir yeniləmə çıxarılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL