waplog

Çində yeni antiinhisar qaydalarının tətbiqinə başlanılıb


Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) internet platformalarına yönələn və ölkənin texnoloji nəhənglərinin qarşılaşdığı mövcud məhdudiyyətləri sərtləşdirən yeni antiinhisar qaydalarını dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yeni qaydalarda ötən ilin noyabrında təqdim olunan qanun layihəsinin normaları yer alıb. Onlar inhisarçılıq fəaliyyətinin möhkəmləndirilməsinə səbəb olan bir sıra praktikaların qarşısının alınması məqsədi daşıyır. Məsələn, qaydaların ölkənin aparıcı internet servisləri, o cümlədən “Taobao” və “Tmall” elektron ticarət saytları və “Ant Group” və “WeChat Pay” ödəniş sistemlərinin fəaliyyətini dəyişəcəyi gözlənilir.

Belə ki, bundan sonra bu servislər satıcıları yalnız onlardan birini seçməyə məcbur edə bilməyəcək. Həmçinin internet şirkətləri qiymətləri müəyyənləşdirə, texnologiyaların yayılmasını məhdudlaşdıra və bazarda manipulyasiya üçün məlumat və alqoritmlərdən istifadə edə bilməyəcəklər.

Administrasiya nümayəndələrinin fikrincə, yeni qaydalar platforma iqtisadiyyatında inhisarçı davranışın qarşısını alacaq və bazarda ədalətli rəqabəti qoruyacaq.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL