waplog

“Google” yaradıcısı təəccübləndirdi –“Top-klass” planşet


“Google” Direktorlar şurasının sədri Erik Şmidt İtaliyanın “Corriere della Sera”  qəzetinə verdiyi müsahibəsində internet-korporasiyanın planları haqqında danışıb.

Onun bəyanatları arasında ən gözlənilməz olanı yarım il ərzində  “Top-klass” planşeti istehsal etmək niyyətidir. Erik Şmidt məhz hansı aparatdan söhbət getdiyini dəqiqləşdirməyib.

“Google” şirkətinin şəxsi planşetini bazara çıxaracağı da istisna deyil.Erik Şmidt “Google” və “Apple” şirkətləri arasındakı  rəqabətə də toxunub. O, Stiv Cobsu "Zəmanəmizin Mikelancelosu”  adlandırıb.

Stiv planşetlərin inqilabi potensialını başa düşdü və “iPad” kimi  belə fövqəladə qurğu yaratdı. Bununla belə şirkətlər bir-biri ilə sərt rəqabət aparır və bu rəqabətdən isə nəticədə istifadəçi qalib gəlir.

Məhz “Apple” korporasiyası ilə rəqabət çərçivəsində “Google” şirkəti tezliklə “Siri”-yə oxşar xidmət təqdim edəcək, Erik Şmidt əlavə edib.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL