waplog

“iPhone 12 mini” vaxtından əvvəl istehsaldan çıxarılacaq


Yığcam “iPhone 12” smartfonu vaxtından əvvəl istehsaldan çıxarıla bilər. Bu haqda “JP Morgan Chase” şirkətinin analitiklərinə istinadən “BusinessInsider” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti “iPhone 12” smartfonunun istehsalını 9 milyon, “iPhone 12 mini”nin isə 11 milyon azaltmağa hazırlaşır. Analitiklər hesab edirlər ki, sonuncu smartfon tələbatın az olmasına görə artıq 2021-ci ilin ortalarında, yəni yeni “iPhone 13” smartfonunun təqdimatından bir neçə ay öncə satışdan çıxarıla bilər. Ancaq “Apple”ın tarixində hələ ki belə hadisə olmayıb, hətta uğur qazanmayan “iPhone 5c” smartfonu pərakəndə satışda təyin edilmiş müddətə kimi saxlanılıb.

 

“iPhone 12 mini” smartfonu – bu, dünyada ən kiçikölçülü, incə və yüngül “5G” smartfondur. 5,4 düymlük displey məhsuldar “Apple A14” platforması ilə işləyir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL