waplog

Yeni passiv optik şəbəkə texnologiyasının uğurlu sınaqları keçirilib


“Nokia” və “Vodafone” şirkətləri saniyədə 100 giqabitədək sürəti təmin edən yeni passiv optik şəbəkə texnologiyasının (PON) uğurlu sınaqlarını keçiriblər. Bu, ən sürətli kommersiya şəbəkələrinin sürətini dəfələrlə üstələyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, yeni texnologiyanın testləri Almaniyanın Eşborn şəhərində yerləşən “Vodafone” laboratoriyasında aparılıb. Mühəndislər 100 Qbit/saniyə sürətinə maksimal sürəti 25 Qbit/saniyə təşkil edən mövcud optik xətdə nail olublar. Məlumatların ötürülmə sürətinin artırılması siqnalların xüsusi rəqəmli emalı sayəsində (DSP) mümkün olub.

 

“Nokia” nümayəndələrinin sözlərinə görə, yeni “DSP” texnologiyasını 50 və ya 100 Qbit/saniyəyədək problemsiz miqyaslamaq olar. Mühəndislər əmindir ki, bu sürət 2020-ci illərin ikinci yarısında standart olacaq. “Nokia” və “Vodafone” mühəndisləri tərəfindən test edilən prototip passiv optik şəbəkədə çevik məlumat ötürmə sürətinə əsaslanır – texnologiya oxşar parametrlərə malik avadanlıqları qruplaşdırmağa imkan verir. Bunun sayəsində yükləmələrə davamlı yaxşı miqyaslanan şəbəkələr yaratmaq mümkündür.

 

Ekspertlərin sözlərinə görə, yeni sürətli şəbəkələr artıq real kommersiya istifadəsinə hazırdır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL