waplog

Yeni “Qualcomm Snapdragon X65” modemi faylları 10 Qbit/s-dək sürətlə yükləməyə imkan verəcək


ABŞ-ın "Qualcomm" şirkəti "Snapdragon X65" adlı yeni qabaqcıl "5G" modemini təqdim edib. "Snapdragon X60" modemini əvəz edəcək yenilikdə reallaşdırılmış əsas təkmilləşdirmələrdən biri beşinci nəsil mobil şəbəkələrində məlumatların ötürülməsi sürətinin xeyli artırılması olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, yeni modem beşinci nəsil şəbəkələrində məlumatları 10 Qbit/s-dək sürətlə ötürməyə imkan verir, halbuki "Snapdragon X60" modemində bu göstərici 7,6 Qbit/san səviyyəsindədir.

 

"Qualcomm Snapdragon X65" modemi yeni dördüncü nəsil "Qualcomm 545" mmWave antenası ilə təchiz edilib. Əvvəlki ölçüsünü qoruyub saxlayan yeni antena daha geniş əhatə dairəsi və təkmilləşdirilmiş enerji səmərəliliyini, həmçinin millimetr diapazonunda tezliklərə qlobal dəstəyi təmin edir. "Qualcomm" şirkətinin məlumatına görə, modemdə süni intellektin köməyi ilə antenanın tənzimlənməsi texnologiyasından istifadə olunur. Bunun sayəsində sistem istifadəçinin telefonu əlində necə tutduğunu 30% daha dəqiq müəyyənləşdirir ki, bu da baza stansiyalarına keyfiyyətli qoşulma nəticəsində məlumatların daha sürətlə ötürülməsini və uzun müddət avtonom işi təmin edir.

 

"Snapdragon X65 5G" modemi ilə təchiz edilmiş ilk qurğular cari ilin sonunda satışa çıxarılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL