waplog

“iPhone” smartfonlarında daha çox reklam göstəriləcək


“Apple” smartfonlarında yeni reklam blokları yaradılacaq. Bu barədə “9to5mac” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “iOS 14.5” beta versiyasını öyrənən jurnalistlər əməliyyat sistemində yeni reklam banneri aşkarlayıblar. O, “App Store” mağazasının quraşdırılmış əlavəsinin tövsiyələr bölməsinin “Axtarış” tab-vərəqəsində yer alıb. Banner “iPhone” istifadəçisi hər dəfə onlayn əlavələr mağazasında axtarış edərkən ona nümayiş etdirilir.

 

Müəlliflərin sözlərinə görə, “Apple” yeni reklam platformasını aktiv test edir. Banner “iOS” əməliyyat sisteminin beta versiyasında yer alsa da, o, proqram təminatının sonuncu versiyasında olmaya bilər. Təsvir edilən reklam yeri digər bannerlərdən daha əlverişli mövqe tutur ki, bu da istifadəçi tərəfindən reklamla qarşılıqlı əlaqəsinin artmasına səbəb ola bilər.

 

Hazırda “App Store” mağazasında reklam təklifləri axtarış nəticəsində tövsiyələr kimi görünür. Həmçinin şirkətin “Apple Music”, “Apple TV ”, “Arcade” və s. kimi servislərini sınaqdan keçirməklə bağlı təkliflər “iOS” sisteminin əsas quraşdırmalar ekranında göstərilə bilər.

 

Smartfon istehsalçıları reklamı adətən ucuz modellərdə tətbiq edərək bununla qurğunun ucuz satış qiymətini və onun istehsal xərclərinin azaldılmasını təmin edirlər. Jurnalistlər qeyd edib ki, “Apple” şirkəti “App Store”da reklam tətbiq etməklə əlavələr mağazasında gəlirləri artırmaq niyyətindədir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL