waplog

Koreyada rulon kimi qatlanan günəş paneli hazırlanıb


Koreyalı mühəndislər tərəfindən hazırlanmış günəş panelini rulon kimi qatlamaq və ya konstruksiyaya uyğun əymək mümkündür. Bu, belə panellərin daşınmasını sadələşdirməklə yanaşı, həm də onların avtomobil, telefon kimi qurğulara inteqrasiyasını asanlaşdırmağa kömək edəcək. Yeni texnoloji hazırlama barədə "Advanced Science" jurnalı yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, Koreya Respublikasının Milli Pusan Universitetinin mühəndisləri tərəfindən hazırlanmış günəş elementinin prototipini tamamilə qatlamaq mümkündür.

 

Amma hələ ki sözügedən günəş panellərini tam yarıya kimi qatlamaq mümkün deyil. Hərçənd bir sıra elektron qurğularda bu xüsusiyyət artıq reallaşdırılıb: məsələn, kitab kimi açılıb-bağlanan "Samsung Galaxy Fold" smartfonları.

 

"Elastik elektronikadan fərqli olaraq, qatlanan qurğular daha sərt deformasiyaya məruz qalırlar. Bu halda qatlama radiusu 0,5 mm-ə bərabərdir" – tədqiqatın müəllifi, professor İl Çon deyib.

 

Tədqiqatçılar 7 mkm qalınlığında günəş elementi hazırlamağa nail olublar. Bu günəş paneli 10 mindən çox qatlama sınaqlarına tab gətirib və qırılma qeydə alınmayıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL