waplog

“Microsoft Word” proqram təminatına gecə rejimi əlavə edilib


"Microsoft Word" mətn redaktoruna qabaqcıl gecə rejimi əlavə edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, mətn redaktorunun hazırlanmasına rəhbərlik edən Ali Forelli izah edib ki, istifadəçilər "Word" proqramında qaranlıq və ya gecə vaxtı işlədikdə qara rejim gözlərə mənfi təsiri azaldır. Yeni rejim proqramın gələcək yeniləməsində əlçatan olacaq.

 

"Microsoft"un nümayəndəsi, həmçinin izah edib ki, istifadəçi istənilən vaxt gecə rejimini aktiv və ya deaktiv edə bilər və ya istənilən şərtlər daxilində sənədin səhifəsini ağ saxlaya bilər. Bu seçim "Word" proqram təminatının tənzimlənməsində aktivləşdirilir, rejimlər arasında keçid düyməsi proqramın alətlər panelində yerləşdirilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL