waplog

“LG Display” Vyetnamda “OLED” istehsalına 750 milyon dollar yatıracaq


Cənubi Koreyanın "LG Display" şirkəti Vyetnama investisiya qoyuluşunu artırmaq niyyətindədir. Bu, həm Çində fəaliyyətin ticarət risklərinin artmasının nəticəsi, həm də ölkədə istehsal xərclərinin artmasına cavabdır. Şirkətin Vyetnamda maliyyələşdirmə obyekti "OLED" istehsalı olacaq. "LG Display" yeni zavoda 750 milyon dollar ayırmağa hazırdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, yeni zavodun inşasına mart-mayda başlamaq planlaşdırılır. Zavodun yerləşəcəyi yer kimi Vyetnamın şimalında Çin sərhədi yaxınlığında yerləşən Hayfon liman şəhəri seçilib. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, gələcək zavod 5 min yeni iş yeri yaradacaq. "LG Display" Hayfonda "Apple" şirkəti üçün məhsul buraxan "LG Innotek" törəmə müəssisəsinin zavoduna malikdir. Bununla Cənubi Koreya şirkəti şəhərdə ən böyük xarici sərmayədar olacaq.

 

Yeni kapitalın cəlb edilməsi "LG Display" şirkətinin Vyetnama ümumi investisiyalarının həcmini 3,25 milyard dollaradək artıracaq.

 

"LG Display" və digər şirkətlərin Vyetnama pul və texnoloji investisiyaları ölkəyə beynəlxalq ticarət fəaliyyətini genişləndirməyə kömək edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL