waplog

İstifadəçinin emosiyalarını müəyyənləşdirən neyron şəbəkəsi hazırlanıb


London Kraliça Mariya Universitetinin tədqiqatçıları istifadəçinin emosiyalarını müəyyənləşdirən neyron şəbəkəsi hazırlayıblar. Gələcəkdə bu neyron şəbəkəsi “ağıllı” səs kolonkaları üçün tətbiq edilə bilər: o, sahibinin əhval-ruhiyyəsini müəyyənləşdirməklə müvafiq musiqini səsləndirə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, ilk öncə istifadəçiyə tərəf radiodalğalar göndərən sistem bu üsulla ürək döyüntüsündəki dəyişiklikləri “oxuyur”. Bu göstərici emosiyaların müəyyənləşdirilməsində vacibdir. Alqoritmin qorxu, nifrət, sevinc və rahatlıq kimi hissləri 71%-dək dəqiqliklə müəyyənləşdirmək qabiliyyəti haqqında bildirilib. Neyron şəbəkəsi ürək döyüntüsünün dəyişiklikləri üzrə toplanılmış məlumatlar əsasında öyrədilib.

 

Bu hazırlama təhlükəsizlik baxımından böyük maraq doğurur. Məqalənin müəllifləri yazdığı kimi, milli təhlükəsizliklə əlaqədar nəticələri qiymətləndirmək üçün daha çox araşdırmaya ehtiyac var.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL