waplog

“Lenovo” Niderlandda superkompüter tikəcək


Data mərkəzləri üçün sistemlərdə ixtisaslaşan “Lenovo Data Center Group” (DCG) bölməsi Niderlandda yaradılacaq 20 milyon avro dəyərində yeni yüksək məhsuldarlıqlı hesablama kompleksi layihəsinin icrasına başlayacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, söhbət Niderland Təhsil və Tədqiqat Müəssisələri Assosiasiyasının informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə “SURF” adlı superkompüter infrastrukturundan gedir. Gələcək superkompüter ölkədə ən güclüsü olacaq. Platformanın əsasını “AMD EPYC Rome” və “Milan” prosessorları əsasında “Lenovo ThinkSystem” serverləri təşkil edəcək.

 

Məlumata görə, süni intellekt və maşın öyrənmə sistemləri ilə işləmək üçün “NVIDIA HGX A100” (4-GPU) platformasından istifadə ediləcək. Pik məhsuldarlıq 13 petaflopsa bərabər olacaq. Kompleks “Lenovo Neptune” texnologiyası əsasında maye soyutmadan istifadəni nəzərdə tutur. Onun tətbiqi sistemin məhsuldarlığının pik göstəriciləri zamanı elektrik enerjisi sərfiyyatını xeyli azaltmağa imkan verəcək.

 

Həmçinin qeyd olunur ki, şəbəkə daxilində (in-network) hesablamaları dəstəkləyən “NVIDIA Mellanox HDR InfiniBand” (200 Qbit/saniyə) “ağıllı” kommutatorları şəbəkədə maksimum aşağı yubanmanı və yüksək buraxılış qabiliyyətini təmin edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL