waplog

“Xiaomi Mi 11 Lite” smartfonunun xüsusiyyətləri açıqlanıb


Yeni “Xiaomi” smartfonu rekord ekranla təchiz ediləcək. Bu barədə “GizChina” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nəşrin jurnalistləri blogerlərə və Hindistanın tənzimləyici orqanının (Bureau of Indian Standards, BIS) saytından smartfonun xüsusiyyətləri barədə əldə edilən informasiyaya istinad edirlər. “Mi 11 Lite” modelinin 120 hers yeniləmə tezlikli “IPS” ekranla buraxılacağı gözlənilir. Qurğu “5G” şəbəkəsini dəstəkləməyən “Qualcomm Snapdragon 732G” prosessoru üzərində qurulacaq. Bununla yanaşı, mənbələrin fikrincə, “Xiaomi” qurğunun beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən ayrıca versiyasını təqdim edə bilər.

 

Məlumata görə, smartfon 6 giqabaytlıq operativ və minimum 64 giqabaytlıq quraşdırılmış yaddaş tutumu ilə təchiz ediləcək. “Mi 11” seriyasının kiçik smartfonu adlandırılan “Mi 11 Lite” modelinin arxa panelinə 64, 8 və 5 meqapiksel obyektivlərinə malik üçlü kamera quraşdırılacaq.

 

Mənbələrin fikrincə, smartfon 33 vatt gücündə sürətli enerjidoldurma dəstəkli 4150 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunacaq. Blogerlər tərəfindən “Mi 11 Lite” çox nazik və yüngül korpuslu minimalistik smartfon kimi təsvir edilir. Smartfonun təqdimat tarixi açıqlanmır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL