waplog

“Apple” şüşədən qulaqcıq ixtira edib


“Apple” şirkəti yeni “AirPods” qulaqcıqlarının istehsalında şüşədən istifadəni planlaşdırır. Bu barədə “Appleinsider” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) bazasında yerləşdirilən sənədə diqqət yetiriblər. Təsvirə görə, “Apple” başlıqları şüşədən ibarət tamölçülü qulaqcıq layihəsini patentləşdirməyi təklif edir. İxtiranın izahında deyilir ki, qulaqcıqlar qurğu kimi yüz ildən çoxdur mövcuddur və onların quruluşu dəyişməz qalır. “Qulaqcıqların konstruksiya və xüsusiyyətlərinin təkmilləşdirilməsinə ehtiyac duyulur”, – şirkət nümayəndəsi qeyd edib.

 

Qulaqcıqlarda şüşə başlıqlardan istifadəni təklif edən şirkət mühəndislərinin sözlərinə görə, şüşə plastik və ya metala nisbətən cızıqlara daha az meyillidir. Bundan başqa, şüşə estetik baxımdan polikarbonatdan daha cəlbedicidir. ABŞ şirkətinin patenti “USPTO” bazasında fevralın 17-də qeydə alınıb.

 

Patent üçün müraciəti öyrənən jurnalistlər qeyd edib ki, sənəddə şüşənin qarniturun akustik xüsusiyyətlərini yaxşılaşdıra biləcəyi faktı sadalanmır. “Şüşə müəyyən səsləri bloklaya və bəzi tezlikləri buraxa bilər”, – müəlliflər vurğulayıb.

 

Qeyd edək ki, “Apple” audiotexnikanın istehsalında şüşədən istifadə edəcək ilk qurğu istehsalçısı deyil. Məsələn, “Sennheiser” şirkətinin “HD 820” qulaqcıqlarında realistik səsin təmini üçün şüşədən istifadə edilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL