waplog

“Samsung” dünyada süni intellektə malik ilk yaddaş qurğusunu təqdim edib


“Samsung” şirkəti dünyada inteqrasiya edilmiş süni intellekt blokuna malik “HBM-PIM” adlandırılmış ilk yaddaş qurğusunu təqdim edib. Məlumata görə, süni intellektlə bağlı tapşırıqları yerinə yetirərkən məhsuldarlığı artıran yenilik eyni zamanda enerji istehlakını xeyli azaldır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung” şirkətinin nümayəndəsinin sözlərinə görə, müasir hesablama sistemlərinin əksəriyyəti məlumatların işlənməsi vaxtı milyonlarla mürəkkəb tapşırıqları yerinə yetirmək üçün ayrı prosessor və yaddaş bloklarından istifadə edirlər. Məlumatların ardıcıl işlənməsi onların daima komponentlər arasında mübadiləsini tələb edir ki, bu da bütün sistemin işini ləngidir. Bu problemin həlli üçün böyük həcmdə məlumatları paralel emal etməyə imkan verən “HBM-PIM” yaddaş qurğusu hazırlanıb.

 

Yeni yaddaş qurğusundan istifadə sistemin məhsuldarlığını 2 dəfə yüksəltməyə, bu halda enerji sərfiyyatını 70%-dən çox azaltmağa imkan verir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL